“Avroviziya 2022": 14 ölkə yarışdakı təmsilçisini seçib - Siyahı
Tarix: 07-02-2022 20:24 | Bölmə: Şou-biznes
“Avroviziya 2022": 14 ölkə yarışdakı təmsilçisini seçib

İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya 2022” mahnı müsabiqəsinə 41 ölkə qatılır. Yarışın ilk yarımfinalı mayın 10-na, ikinci yarımfinalı mayın 12-nə, finalı mayın 14-nə təyin olunub.

Reyting.az
bildirir ki, fevralın 7-dək 14 ölkə yarışdakı təmsilçisini seçib:

Albaniya – Ronela Hayati

Belçika – Jeremi Makiz

Bolqarıstan – “İntelligent Music Project” qrupu

Çexiya – “We Are Domi” qrupu

Gürcüstan – “Circus Mircus” qrupu

İrlandiya – Bruk Skulyon

İspaniya – Şanel Terrero

İsrail – Mixael Ben David

İtaliya – Alessandro Mahmud və Rikkardo Fabbrikoni

Moldova – “Zdob și Zdub” qrupu

Monteneqro – Vladana Vuçiniç

Niderland – Stin den Hollander

Şimali Makedoniya – Andrea Koyevska

Yunanıstan – Amanda Tenford.

Yarışda iştirak hüququnu bu ölkələr də alıb: Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İslandiya, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Malta, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, Ukrayna.

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyi “Avroviziya” yarışını 1956-cı ildən keçirir. Müsabiqədə İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə, Ukrayna 2 dəfə, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub/Novator.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər