Aygün Kazımova iranlı qadınların müdafiəsinə başlayıb
Tarix: 22-09-2022 14:46 | Bölmə: Şou-biznes
Aygün Kazımova iranlı qadınların müdafiəsinə başlayıb

Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi instaqram hesabında İranda zorakılığa məruz qalan Məhsa Əminin ölümünə etiraz statusu yazıb.

Xalq artisti 22 yaşlı gəncin fotosunu paylaşaraq "Qadın... Söylə görüm, bu həyatda nələr çəkdin, nələr gördün...", - sözlərini qeyd edib.

Xatırladaq ki, ötən gün müğənni Günel Zeynalova da Məhsa Əmini ilə bağlı paylaşım edib. O, Məhsanın ölümünə səbəb olanların cəzalandırılacağına əminliyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}