10:46 / 20-10-2025
Su anbarında meyit tapılıb
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
Tarix: 20-10-2025 10:22 | Bölmə: Mədəniyyət
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək

Hollivud ulduzu, kinoaktyor Leonardo Di Kaprioya məxsus "Appian Way" studiyası Amerikaya köçəndən sonra məşhurlaşan, ötən əsrin 20-30-cu illərindən Hollivud ulduzuna çevrilən aktyor Bela Luqoşinin həyatından bəhs edən bioqrafik film istehsal edəcək.

Reyting.az
xəbər verir ki, Hollivudun "Qızıl dövrü"nün qəhrəmanı sayılan Bela Luqoşinin həyatından bəhs edən ekran əsərinin ssenarisini Larri Karaşevski və Skott Aleksander yazıblar.

Müqaviləyə əsasən, bu filmin yayımını "Universal" kino şirkəti həyata keçirəcək.

Lentə alınacaq filmdə macar əsilli aktyorun gənclik illəri, ABŞ-a miqrasiyası və 1920-ci illərdə baş rolda oynadığı "Drakula" adlı ekran əsəri ilə qazandığı şöhrətdən bəhs olunur.

Yeni filmdə ulduz aktyorun kinoda uğursuzluğa düçar olmasından və dəvət aldığı "Frankenşteynin canavarı" adlı filmdə onun üçün nəzərdə tutulmuş baş roldan imtina etdikdən sonra sürətlə karyerasının enişi, həmçinin Hollivudun kino ulduzunun keçirdiyi sarsıntılar da təsvir olunacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər