Müğənni-bəstəkar Rəhim Rəhimli vəfat edib - Yenilənib
Tarix: 30-09-2022 08:33 | Bölmə: Şou-biznes
Müğənni-bəstəkar Rəhim Rəhimli vəfat edib

Azərbaycan şou-biznesinin tanınmış siması, müğənni, bəstəkar, MTV-nin keçmiş direktoru Rəhim Rəhimli vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev sosial şəbəkə hesabında bildirib.

Məlumata görə, müğənni ürəktutmasından dünyasını dəyişib.

***

Bəstəkar-müğənni Rəhimli Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R. Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Z. Ədilova qeyd edib ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Allah rəhmət eləsin!

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}