“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək
Tarix: 18-09-2025 08:52 | Bölmə: Dünya
“Qızıl günbəz” ABŞ-a 175 milyard dollara başa gələcək

“Qızıl günbəz” raketdən müdafiə sisteminin yaradılması proqramının işlənib hazırlanması prosesi başa çatdırılıb.

Reyting.az
“Bloomberg”-ə istinadla bildirir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Qetleyn açıqlama verib.

Amma Pentaqon layihənin miqyası və dəyəri ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib. Bununla belə, agentlik qeyd edib ki, ABŞ prezidenti Donald Tramp layihənin ölkəyə 175 milyard dollara başa gələ biləcəyini deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər