Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
Tarix: 18-09-2025 08:41 | Bölmə: Xəbərlər
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb

Ukrayna paytaxtı və ətraf rayonlar pilotsuz uçuş aparatlarının (PUA) zərbəsinə məruz qalıb.

Reyting.az
yerli mediaya istinadla xəbər verir ki, bu barədə bloger Anatoli Şariy öz Telegram kanalında məlumat yayıb.

Şariyin sözlərinə görə, Kiyevə hücumda ən azı on pilotsuz təyyarədən istifadə olunub. Bunun ardınca şəhərin hava hücumundan müdafiə sistemi işə salınıb, partlayış səsləri eşidilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər