Məşhur müğənni Qərb kəşfiyyatna "işləmək"də ittiham edilir
Tarix: 27-12-2022 15:06 | Bölmə: Şou-biznes
Məşhur müğənni Qərb kəşfiyyatna "işləmək"də ittiham edilir

Rusiyanın Xalq artisti Alla Puqaçova Qərb kəşfiyyat orqanlarına işləməkdə ittiham olunur.

Bu barədə ölkənin Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin məlumat yayıb. O, NTV telekanalında yayımlanan "Görüş yeri" verilişində bildirib ki, Puqaçova Qərbin xüsusi xidmət orqanlarında işləyir.

Borodin ifaçıdan başqa rusiyalı rep ifaçısı Morqenşternin ("xarici agent") və videobloger, jurnalist Yuri Dudun ("xarici agent") adlarını da qeyd edib:

"Bizdə olan məlumata görə, onlar Qərb kəşfiyyat orqanlarında işləyirlər".

Borodin vurğulayıb ki, o, hazırda Puqaçovanın Qərb ölkələri ilə əlaqəsini sübut edəcək rəsmi sənədlərin əlinə keçməsini gözləyir:

“Bir az gözləyin, biz Puqaçova, Morqenştern və Dudun gizli əməkdaşlıqları ilə bağlı həqiqətləri üzə çıxaracağıq. Onlar bütün bu illər ərzində Rusiyada kimə işləyiblər və niyə məhz ölkəmiz üçün çətin məqamda qaçıblar?"/Axsam.az.

Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.




Bölməyə aid digər xəbərlər
5-12-2024, 10:09 Sibel Can Bakıya gəlir
14-11-2024, 09:31 Serial ulduzu yoxa çıxıb

bütün xəbərlər