“Avroviziya” təmsilçilərimiz fanatları ilə görüşüb
Tarix: 06-05-2023 18:16 | Bölmə: Şou-biznes
“Avroviziya” təmsilçilərimiz fanatları ilə görüşüb

Azərbaycanı bu il “Avroviziya” mahnı müsabiqəsində təmsil edən Tural və Turan qardaşları - TuralTuranX müsabiqənin keçirildiyi Liverpul şəhərində bir sıra görüşlər keçiriblər.

Müsabiqənin rəsmi saytı xəbər verir ki, TuralTuranX Liverpulda “Avroviziya” fanatları ilə görüşdə həm öz mahnılarını, həm də Azərbaycan dilində mahnı ifa ediblər.

Bundan başqa, təmsilçilərimiz mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərini davam etdirirlər.

Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar.

“Avroviziya”nın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.

Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.

Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}