MSK: "Gürcüstanda prezident seçkiləri baş tutub"
Tarix: 14-12-2024 12:22 | Bölmə: Xəbərlər
MSK: "Gürcüstanda prezident seçkiləri baş tutub"

Gürcüstanda prezident seçkiləri baş tutub, belə ki, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.

Reyting.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.

"Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.

Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - o deyib.

Qeyd edək ki, kollegiya 300 seçicidən ibarətdir(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər