Amur pələngi sevgilisi üçün 200 kilometr yol gedib
Tarix: 14-12-2024 10:56 | Bölmə: Xəbərlər
Amur pələngi sevgilisi üçün 200 kilometr yol gedib

Rusiya Federasiyası ərazisində, Uzaq Şərqdə, "Boris" adlanan bir Amur pələngi dişi cütü olan və "Svetla" adı ilə tanınan pələngə qovuşmaq üçün 200 kilometrlik məsafə qət edib. Bunu "Knife" onlayn jurnalı yazıb.

Reyting.az
xəbər verir ki, iki pələng balası körpəlikdən bir yerdə və eyni şəraitdə böyüyüblər, lakin pələnglər vəhşi təbiətə buraxıldıqdan sonra onların ayrılığı başlayıb. Bir-birilərindən uzaqda, təxminən 160 kilometr olan bir məsafədə yaşayan pələnglər uzun müddət ərzində görüşmək imkanından məhrum olublar.

Ancaq bütün bunlara baxmayaraq, Amur pələngi "Boris" çətinlikləri dəf edib. Köhnə dostunun axtarışına çıxan "Boris" nəhayət ki, "Svetla"nın yerini müəyyənləşdirə bilib. Bu dişi pələngi tapmaq üçün sıx meşəli tayqadan demək olar ki, düz bir xətt boyunca keçən Amur pələngi "Boris" uzun ayrılığa son qoyub. "Boris" unutmadığı sevgilisini tapandan sonra onunla cütləşib və pələnglər vəhşi təbiətdə öz ailə modelini yaradıblar.

Alimlərin fikrincə, bu hadisə, həmçinin belə oxşar epizodlar bir daha sübut edir ki, əsirlikdə və yaxud da uzun ayrılıqlarla böyümüş pələng balaları sərbəst həyata atılandan sonra vəhşi təbiətə, həmçinin meşə həyatına tezliklə, uğurla uyğunlaşa bilirlər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər