17:25 / 09-09-2025
Nəqliyyat Agentliyində nöqsanlar aşkarlanıb
17:25 / 09-09-2025
Nepal prezidenti istefa verib - Yenilənib
17:24 / 09-09-2025
“İblis” yeni təqdimatda nümayiş olunacaq
17:11 / 09-09-2025
"Abzas Media"çılarla bağlı qərar verilib
17:01 / 09-09-2025
Əli Əsədov Liman şəhərinin Baş planını təsdiqləyib
16:55 / 09-09-2025
Mutvalı Şıxlinskinin həbs müddətini uzadılıb
16:39 / 09-09-2025
Polşa Belarusla sərhədi tamamilə bağlayacaq
16:31 / 09-09-2025
DÇ-2026: Azərbaycan-Ukrayna oyununa 8 minə yaxın bilet satılıb
16:19 / 09-09-2025
Komandan: "Nazirə rütbələri bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir"
16:06 / 09-09-2025
İki dövlət qurumunda yoxlama aparılır
15:53 / 09-09-2025
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
15:52 / 09-09-2025
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
15:48 / 09-09-2025
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
15:09 / 09-09-2025
Azərbaycanın U-19 millisi Polşaya böyük hesabla uduzub
15:04 / 09-09-2025
Daxili qoşunların əməkdaşlarına bir sıra hallarda polisin vəzifələri şamil olunacaq
14:52 / 09-09-2025
Azərbaycan Kuboku: püşkatma mərasimi olacaq
14:38 / 09-09-2025
Ukraynaya 2 milyon mərmi çatdırmağı planlaşdırırlar
14:34 / 09-09-2025
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
14:18 / 09-09-2025
İftixar Piriyev İrəvan Teatrının direktoru vəzifəsindən azad olunub
13:55 / 09-09-2025
Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir
13:25 / 09-09-2025
Milli Məclisdə xüsusi iclas keçirilib - (Yenilənib)
13:15 / 09-09-2025
Sabahın hava proqnozu açqlanıb
13:11 / 09-09-2025
Avropa çempionatı: millimiz bu gün oyuna çıxacaq
13:08 / 09-09-2025
Cəlaloğlu: Azərbaycan və Ermənistan arasında əməkdaşlıq formasına keçid baş verib
13:02 / 09-09-2025
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
12:51 / 09-09-2025
Mərkəzi Bankın sədri: "Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq"
12:45 / 09-09-2025
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
12:31 / 09-09-2025
Nazir: Yaxın gələcəkdə Ukraynada sülh olmayacaq
12:24 / 09-09-2025
Saatlıda qadın tutulub - Narkotiklə
18:25 / 06-09-2025

18:42 / 05-09-2025

22:31 / 05-09-2025

18:12 / 04-09-2025

18:05 / 07-09-2025

13:20 / 07-09-2025

22:21 / 05-09-2025

23:31 / 08-09-2025

08:57 / 05-09-2025

09:10 / 09-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

Ustadın ömürlük sualı
Tarix: 17-12-2024 16:35 | Bölmə: Xəbərlər

Azərbaycanın ictimai fikir tarixində silinməz iz qoymuş elə şəxsiyyətlər var ki, onların geniş təqdimata ehtiyacları yoxdur. Bircə adlarını çəkmək kifayət edər ki, xidmətlərini yada salasan və qürur duyasan. Görkəmli alim, publisist, pedaqoq, professor Şirməmməd Hüseynov kimi.
Ömrünün 70 ilindən çoxunu təkcə milli mətbuatımızın deyil, həm də tariximizin istiqlal səhifələrinin araşdırılmasına həsr edən tədqiqatçı-alim ictimai həyatın hansı sahəsinə nəzər yetiribsə, orada obyektivlik, doğruluq və ədalət prinsiplərini bütün parametrlərdə qoruyub saxlayıb. Üzə çıxardığı həqiqətləri geniş oxucu kütləsinə çatdıran Şirməmməd Hüseynov son nəfəsinə qədər yaradıcılıq enerjisini qoruyub saxladı, qələmi yerə qoymadı. Onun sözünün mübtədası da, xəbəri də Azərbaycan istiqlalı oldu.
Sonralar məqalələrə, monoqrafiyalara, kitablara çevriləcək dəyərli araşdırmalarının ilk oxucuları, daha doğrusu, ilk dinləyiciləri biz tələbələri idik. Bu qeydləri həmin xoşbəxt tələbələrdən birinin böyük Ustadın xatirəsinə dərin ehtiramının ifadəsi kimi qəbul edə bilərsiniz.
BDU hərəkatın önündə gedirdi
Onun adını 1986-cı ildə universitetin (o vaxt Azərbaycanda bir ali təhsil ocağı universitet adlanırdı – ADU, indiki BDU) jurnalistika fakültəsinin hələ abituriyenti ikən eşitmişdik. Sənəd qəbulu zalında maraq xətrinə bizə yaxınlaşan yuxarı kurs tələbələri Şirməmməd müəllimdən əfsanələr danışırdılar. Bizə təkcə jurnalist peşəsinin sirlərindən deyil, həm də bundan daha vacibi, həyatın acı həqiqətlərindən dərs deyəndə Şirməmməd Hüseynov professor idi. Amma bizim üçün onun adı elmi dərəcəsindən qat-qat yuxarıda idi.
Artıq dövran dəyişmişdi. Cəmiyyəti bürümüş azadlıq, müstəqillik “küləyi” sovet rejiminin bünövrəsiz ideoloji kanonlarını sovurub aparmaqda, düşüncələri silkələmiş demokratiya “sunamisi” sosializm sisteminin çürük sütunlarını yıxıb dağıtmaqda idi. Azərbaycan SSR-in tələbələri də artıq keçmişdə qalmışdı. Milli-azadlıq hərəkatının bayraqdarına çevrilmiş universitetdə ab-hava kökündən dəyişmişdi, müəllimli-tələbəli hamımızın fikrində Qarabağ və meydan dolaşırdı. Küləyin və sunaminin havasını duymayan, imperiyanın zədələnmiş ideologiyasının avazını dəyişməyi bacarmayan müəllim isə auditoriyada duruş gətirə bilmirdi. O dolaşıq dövrdə sözünü acgözlüklə dinlədiyimiz müəllimlərimizdən biri Şirməmməd Hüseynov idi.
Ustadın intonasiya fərqi
Müəllimimiz ömrünü başa vurmaqda olan bir ictimai formasiyadan tamamilə fərqli quruluşa, imperiya zəncirindən qurtulub müstəqilliyə keçidin şahidləri olan tələbələrinə tarixin sınağından çıxa bilməmiş, adları planetin xəritəsindən silinmiş dövlətlərin acı taleyinin səbəblərini anladırdı. Bu zaman Ustadın hər sözünün altında daşdan keçən dəlil, gətirdiyi misalların arxasında fakt və sənəd vardı. Şirməmməd müəllim arada monoloquna fasilə verir, nəfəsini dərir və dediklərinin təsdiqini eşitməkdən ötrü üzünü bizlərə tuturdu: Bildin nə deyirəm? Auditoriyaya ünvanladığı sualı qəsdən birinci şəxsin təkində verirdi. O, başqalarının dilə gətirməyə cürət etmədikləri acı həqiqətləri, sovetlərin aşınma səbəblərini elə sərtliklə dilə gətirirdi ki…
Biz ondan həm də aşkarlıq və azadlıq selinin içində itib-batmamaq, yeni gərdişdən baş çıxarmaq dərslərini alırdıq. Bunlar əsl Ustad dərsləri idi. Onun ritorik sual-cümləsinin qəribə intonasiyası vardı. Şirməmməd müəllimin birinci şəxsin təkində etdiyi müraciətinin – “Bildin nə deyirəm” sualının altındakı cavablardan indi kurs işi, monoqrafiya, kitab yazmaq olar. Şirməmməd Hüseynov bütün dövrlərdə, ən mürəkkəb məqamlarda belə bu ritorik sualla istədiyini deməyi bacaran adam olub. Sovetin kəsəkəs dövründə sistemin ideoloji çərçivələrinə sığmayan Şirməmməd müəllim bizə jurnalist peşəsinin real həyatla üst-üstə düşməyən məqamlarından danışır, peşəni milli məsləyə, məfkurəyə çevirməyin yollarını göstərirdi.
Tələbəlik illəri qırmızı imperiyanın dağılmasına, milli-azadlıq hərəkatının ekvatoruna tuş gəlmiş bizlər üçün bunları eşitmək olduqca maraqlı və heyrətamiz idi. Müəllimimiz bizə qatı açılmamış mətləblərdən danışırdı. Bir də ki, Kirov adına Azərbaycan Dövlət Universitetinə qəbul olub Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirməyimiz arasındakı fərq zamanla və adla məhdudlaşmırdı. Biz iyirminci əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanın gözümüzün qarşısında yazılan yeni tarixinin canlı şahidləri idik. Bunun ən yaddaqalan simvolu ikinci istiqlalımızla yaşıd olan ali təhsil diplomumuzdur (1991-ci ildə almışıq). Tale bizə sadəcə mövcud quruluşun dağılmasının deyil, eyni zamanda milli inqilabın iştirakçısı olmaq qismətini yazıbmış.
Yerli “qırmızılarla” mücadilə
Ustadın mühazirələrinin peşə əxlaqı, milli ruh, vətənpərvərlik kimi gözlənilməz “döngələri” içində qırx beş dəqiqəlik dərsin nə zaman bitdiyini hiss etmirdik. O, bizə tarixindən bixəbər olduğumuz Azərbaycan Xalq Cümhuriyyətindən – milli istiqlalımızın qaranquşu olan ilk müstəqil dövlətimizdən, üçrəngli bayrağımızdan, Müsavatdan soraq verirdi… Şirməmməd müəllim bizə başı bəlalar çəkmiş yurdumuzun tarixinin qara pərdələrlə örtülmüş səhifələrini nəql edir, SSRİ adlı qırmızı imperiyanın, onun velikorus düşüncəli rəhbərlərinin antimilli fəaliyyətlərinin görünməyən qatlarını açıb üzə çıxarır, milli şüur və milli ruh məsələlərinin mahiyyətini xırdalayırdı. Bu, artıq pedaqoq Şirməmməd Hüseynovun peşə tədrisinin çərçivələrini aşan, milli istiqlal mücadiləsi barədə dərsləri idi…
Demokratiya və aşkarlıq küləklərinin əsdiyi cəmiyyətdə artıq bir çox qadağalar aradan qalxsa da, Moskva, Kreml, Lenin mavzoleyi xofu hələ beyinlərdən silinməmişdi. “Bəlkə də qaytardılar” xəyalı ilə yaşayanlar az deyildi. Şirməmməd müəllim “yeni qırmızıların” bir çox hücumlarına məruz qalsa da, belə həmlələrin hamısına dəyanətlə sinə gərdi.
Amma “xalqlar həbsxanası” adlı qəfəsin pəncərəsinin açıldığı həmin dövrün özünəməxsus təzyiq və təqib formaları vardı. 1989-cu ilin yanvarında sovet hökuməti Dağlıq Qarabağda xüsusi idarəetmə tətbiq eləmiş, torpağımızı birbaşa Moskvaya calamış, əslində Ermənistanın bir vilayətinə çevirmişdi. Azadlıq meydanındakı davamlı mitinqlər, kütləvi tətillər payızda öz bəhrəsini verdi. Kreml DQMV-dəki canişini Arkadi Volskini geri çağırdı, onun başçılıq etdiyi Xüsusi İdarəetmə Komitəsi ləğv olundu. Vilayətin Bakının tabeliyinə qaytarılması üçün Respublika Təşkilat Komitəsi yaratmaq qərarı çıxarıldı. Bu yeniliyi Qarabağ ermənilərini ram eləmək imkanı sayan Şirməmməd Hüseynov siyasi icmalçısı olduğu Azərbaycan Televiziyasından respublika rəhbərliyini və xalq hərəkatı liderlərini birliyə çağırdı. Həmin çağırış Şirməmməd müəllimin “düşmən” elan olunması ilə nəticələndi. “Xalq düşməni” kampaniyasına universitetin bir çox cəbhəçi fəalı da qoşulmuşdu. Jurnalistika fakültəsindən olan fəallar bu haqsız hücumlara qarşı çıxdı. Amma ura-patriotlar çoxluqda, biz isə azlıqda idik. İndi, üstündən qırx ilə yaxın vaxt keçəndən sonra anlamaq çətin deyil ki, Şirməmməd Hüseynovu “antimilli” elan edən, idarə olunan həmin radikal qaragüruhçu “kütlə diplomatiyası” Azərbaycanı Qara Yanvara doğru sürükləyirdi…
“…asılıdır barıtın çoxluğundan”
“Bir həqiqətdir ki, müstəqil Azərbaycan Demokratik Respublikası olmasaydı, indiki müstəqil Azərbaycan da yaranmazdı. Biz bu tarixi həqiqətə əsaslanmaqla 1918-1920-ci illər kimi çox mürəkkəb, ziddiyyətli və möhtəşəm dövrü elmi cəhətdən tədqiq etməli, müasir və gələcək nəslə çatdırmalıyıq. Bunun üçün isə vacib şərtlərdən biri bu dövrdə təkcə inqilab beşiyi Bakıda deyil, digər şəhər və qəzalarda cərəyan edən hadisələri də diqqətlə öyrənmək vacibdir”. Bu sözləri istiqlal yazarı Şirməmməd Hüseynov 1918-ci il mayın 28-ni tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirərkən deyib. Artıq dördüncü kursun tələbələri olan bizlərlə mühazirəsini daha çox sual-cavab formatında keçirməyə üstünlük verirdi. Ustad-tələbə mükaliməsinin ağırlığını ictimai-siyasi motivlər təşkil edirdi. 1990-cı ilin martında Baltik respublikaları – Estoniya, Latviya və Litva müstəqilliklərini elan etdilər. Dərsdə Şirməmməd müəllimə verdiyimiz “Azərbaycan da SSRİ-dən ayrılmaq üçün müraciət edərmi?” sualımızın cavabı maraqlı və qısa oldu: “Asılıdır barıtın çoxluğundan gücü bombanın…”.
Ardınca cavabının mənasını açıqladı. Deməli, Şirməmməd müəllim jurnalistika fakültəsinin dekanı olanda tədrisin rus dilində aparıldığı hərbi hazırlıq kafedrasına baş çəkir. Dəhlizdə bütün plakatların rusca olmasına iradını bildirir: “Ölkədə dövlət dili Azərbaycan dilidir. Niyə bir lövhədə Azərbaycan dilində yazı yoxdur?!”
Özünü itirmiş kafedra müdiri səhvin düzəldiləcəyini vəd edir. Hərbi hazırlıq kafedrasına növbəti reydində Şirməmməd müəllim divarda belə bir yazı oxuyur: “Asılıdır barıtın çoxluğundan gücü bombanın”. Kafedra hansısa silahın xarakteristikasını kalka tərcümədə belə veribmiş. Həmin yanlış tərcümə Ustadın dilində aforizmə çevirmişdi.

“Jurnalist”in istiqlal nömrəsi
…1990-cı ilin may ayı. O mayı əvvəlki maylardan fərqləndirən cəhət Azərbaycan Demokratik Respublikasının yaranmasının 72 illiyinə təsadüf etməsi idi. Jurnalistika fakültəsinin tədris qəzeti “Jurnalist”in xüsusi buraxılışı bütünlüklə ADR-ə və milli-azadlıq hərəkatına həsr olundu. Qəzetin bu buraxılışını Şirməmməd müəllimin rəhbərliyi altında 1020-ci qrupun tələbələri – biz hazırladıq. ADR parlamenti üzvlərinin, Nuru Paşanın Bakıya daxil olması və digər fotoşəkilləri Ustad şəxsi arxivindən gətirmişdi və o fotolar ilk dəfə tədris qəzetimizdə işıq üzü gördü.
Qara Yanvardan sonra Bakıda fövqəladə vəziyyət rejimi, siyasi və hərbi senzura hökm sürürdü. Mayın 25-də beş yüz tirajla çap olunmuş “Jurnalist”in əksər nüsxəsini camaata paylamaq qərarına gəldik. Mayın 28-i – ADR-in qurulmasının 72-ci ildönümündə üç-dörd tələbə metronun “28 May” (o vaxt “28 Aprel” adlanırdı), “Elmlər Akademiyası” stansiyalarının çıxışlarında və Dənizkənarı Parkda “Jurnalist”i paylamağa başladıq. “Elmlər Akademiyası” stansiyasının qarşısında kənardan bu mənzərəni müşahidə edən iki milis (polis) bizə yaxınlaşdı. Qısa sorğu-sualdan sonra bir əlimizdəki qəzetlərə, bir də üzümüzə diqqətlə baxandan sonra başlarını bulayıb getdilər. Deyəsən, cavabımızdan bir şey anlamadıqları üçün bizə baş qoşmaq istəmədilər. İndi bunları xatırlayanda 34 il bundan əvvəl “Kommunist” nəşriyyatının (indiki “Azərbaycan” nəşriyyatı) çapçılarının qurd ürəyi yediklərini deməliyik.
Bizlərə Zərdabini, Rəsulzadəni, Üzeyir bəyi, Cəlil Məmmədquluzadəni, Ömər Faiqi tədris edə-edə sevdirən Ustadımız sanki bu milli aydınların taleyini özünə örnək seçmişdi. O, yaradıcılığı, həyat tərzi və amalları ilə yalnız biz jurnalistlər üçün deyil, canından çox sevdiyi xalqı üçün də etalon şəxsiyyət zirvəsinə yüksəldi. Şirməmməd Hüseynovun keçdiyi ömür yolu əvvəldən axıradək Vətəninə və xalqına qənirsiz sevginin nümunəsi oldu. Yaşı bir əsri tamamlayan böyük Ustad Şirməmməd Hüseynovun nurlu xatirəsi tələbələrinin və xalqın qəlbində əbədi yaşayacaq!
İmran Bədirxanlı
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:11
"Abzas Media"çılarla bağlı qərar verilib
Bu gün, 16:55
Mutvalı Şıxlinskinin həbs müddətini uzadılıb
Bu gün, 16:06
İki dövlət qurumunda yoxlama aparılır
Bu gün, 11:44
"15 sentyabrda dərs olacaq" - Nazirlikdən açıqlama
Bu gün, 11:23
Kolleclərə qeydiyyat başlayır
Bu gün, 10:45
Rusiyanın neft nasos stansiyası vurulub
Bu gün, 07:58
Kiyev niyə uduzur?
Dünən, 20:22
Bakıda ermənilərin məhkəməsi davam edir
Dünən, 17:25
800-dən çox rusiyalını Latviyadan çıxarırlar
Dünən, 12:46
Vəzifəli şəxs saxlanılıb
Dünən, 12:14
Gürcüstanda 30 kriminal avtoritet həbs olunub
Dünən, 11:23
Rusiyada daha bir azərbaycanlı saxlanılıb
Dünən, 10:35
Bakıda bəylə gəlin toya at belində getdi - Video
Dünən, 10:27
Qazaxıstanda süni intellekt nazirliyi yaradılacaq
Dünən, 09:55
Bakıda mikravtobus qəzaya düşüb, xəsarət alanlar var
Dünən, 09:54
İstirahət mərkəzində yanğın olub - Fotolar
Dünən, 09:43
Ukrayna yaşayış məntəqəsini azad edib
Dünən, 00:04
Alim Qasımov villasını satır - Fotolar
7-09-2025, 18:00
Sumqayıtda 72 yaşlı kişi dənizdə boğulub
7-09-2025, 16:15
Gəncədə uçqun olub, ölən var
6-09-2025, 15:11
Kafedə iki nəfəri güllələyiblər - Yenilənib
6-09-2025, 09:44
Fernandu Santuş: "Axı nəyə görə istefa verməliyəm?"
6-09-2025, 08:51
Qayınata kürəkənini qətlə yetirib - Yenilənib
6-09-2025, 08:36
Tramp Venesuelaya zərbə endirməyi düşünür
5-09-2025, 17:49
Astarada kütləvi zəhərlənmə olub - Yenilənib
5-09-2025, 15:46
Tramp: "ABŞ Rusiya və Hindistanı Çinə uduzub"
5-09-2025, 15:13
"Tərtər işi": cinayət işi üzrə qərar verilib
5-09-2025, 13:05
Qarabağdan köçənlər Ermənistanda vətəndaşlıq alır
5-09-2025, 12:51
İsrail ordusu Qəzzanın 40 faizini nəzarətə götürüb
5-09-2025, 12:28
Adəm Məmmədov azadlığa buraxılıb - Fotolar
5-09-2025, 11:45
Vüqar Qurbanovun müşaviri prorektor təyin olunub - Foto
5-09-2025, 11:26
Tramp tezliklə Putinlə danışacaq
5-09-2025, 08:43
Çin nüvə arsenalını gücləndirir
5-09-2025, 08:09
Ruslar Zelenskini Moskvada sınamaq istəyirlər
4-09-2025, 22:59
Ermənilərin Bakıda növbəti məhkəməsi keçirilib
4-09-2025, 15:05
Çin və Rusiya liderləri 150 il yaşamaq istəyirlər
4-09-2025, 14:01
Qazaxıstan XİN başçısı saxlanılıb? - (Yenilənib)
4-09-2025, 11:50
Bacısı oğluna işgəncə verən qadın tutulub
4-09-2025, 11:12
Ermənistanın ABŞ-dakı səfirinin qardaşı saxlanılıb
4-09-2025, 10:42
Telefonda icra başçısını təhqir edən şəxs cərimələnib
4-09-2025, 09:37
Çexiya Almaniyadan 44 tank alacaq
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
4-09-2025, 07:43
London: Pekin paradı “dikbaşlıq aktı” idi
3-09-2025, 16:57
Sosial mediada qadınları şantaj edən şəxs tutulub
3-09-2025, 16:00
Bəzi yerlərdə leysan yağacaq - Xəbərdarlıq
3-09-2025, 14:44
Yaqub Məmmədovun oğlu prorektor təyin olunub
3-09-2025, 13:22
Xankəndidə müğənni narkotikə görə həbs edilib