Milli Qəhrəmanın atasının kartından 80 min manat oğurlanıb
Tarix: 18-01-2025 11:17 | Bölmə: Xəbərlər
Milli Qəhrəmanın atasının kartından 80 min manat oğurlanıb

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Cəlil Əliyev mətbuata açıqlamasında kartından 80 507 manat pul çəkildiyini bildirib.




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib