15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Tarix: 17-01-2025 15:47 | Bölmə: Xəbərlər
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib

Xətai rayonunda xuliqanlıq etməkdə təqsirləndirilən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirdən verilən şikayətə baxılıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətlər üzrə qərar açıqlanıb.

Qərara əsasən idmançıların şikayəti təmin edilməyib.

Qeyd edək ki, bu il yanvarın 4-də saat 3 radələrində Bakının Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

İş üzrə zərərçəkən DSX-nin Akademiyasının mayoru Fuad Zeynalov tanınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər