16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Böyük Britaniya İvanişviliyə sanksiya tətbiq edir
Tarix: 16-01-2025 14:48 | Bölmə: Xəbərlər
Böyük Britaniya İvanişviliyə sanksiya tətbiq edir

"Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi ilə bağlı təklif Böyük Britaniyanın İcmalar Palatasına təqdim olunub.

Məlumatı Böyük Britaniya parlamenti yayıb.

Bildirilir ki, “palata Gürcüstanın Aİ-yə daxil olması prosesinin dayandırılması və dinc nümayişçilərə qarşı həddən artıq güc tətbiqindən dərin narahatlığını ifadə edir, Bidzina İvanişvilinin demokratiyanın sarsıdılmasında və Rusiyanın Gürcüstanda təsirinin təşviqində rolunu pisləyir”.

Sənəddə ABŞ-nin İvanişviliyə qarşı sanksiyalar tətbiq etdiyi qeyd olunub və Böyük Britaniya hökumətinə demokratik geriləməyə qarşı sərt mövqe nümayiş etdirmək üçün eyni addımı atması, Böyük Britaniyanın Gürcüstanla strateji tərəfdaşlığa yenidən baxması çağırışı edilib. Təklifi hazırda İcmalar Palatasının 13 üzvü imzalayıb(APA).




Bölməyə aid digər xəbərlər