15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Ukraynalı qaçqınların 61 faizi vətənə qayıtmaq istəyir
Tarix: 17-01-2025 20:42 | Bölmə: Dünya
Ukraynalı qaçqınların 61 faizi vətənə qayıtmaq istəyir

Ukraynalı qaçqınların üçdə ikisi (61 faizi) vətənə qayıtmaq istəyir.

Reyting.az
xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının apardığı sorğunun nəticələri sübut edir.

Qaçqınlar üzrə Ali Komissar Filippo Qrandi deyib ki, bu insanların Ukraynaya qayıtmasına şərait yaratmaq istəyirlər.

Qrandinin sözlərinə görə, beynəlxalq təşkilat və Ukrayna dövləti geri qayıdan qaçqınların yerləşdirilməsi və işlə təmin olunması kimi problemlərini həll etməli olacaq.

Xüsusilə, BMT və tərəfdaşları humanitar ehtiyaclar və qaçqınlara cavab planları vasitəsilə Ukraynada və onun hüdudlarından kənarda müharibədən zərər çəkmiş 8,2 milyon insanı dəstəkləmək üçün 2025-ci ildə 3,32 milyard dollar ayırmağa çağırır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər