15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Klub prezidentinin iki sayta qarşı məhkəməsi təxirə salınıb
Tarix: 17-01-2025 14:59 | Bölmə: Xəbərlər
Klub prezidentinin iki sayta qarşı məhkəməsi təxirə salınıb

Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər İxtiyar Əsgərov və Anar Şabanoğluya qarşı şikayəti əsasında hazırlıq iclası keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə matc.az saytının baş redaktoru İxtiyar Əsgərov sosial media hesabında yazıb.

Onun sözlərinə görə, məhkəmə iclasına hakim Nərgiz Tağıyeva sədrlik edib: "Hakim iddiaçı tərəfin sübutlarının azlığına görə Rəfiyevin vəkilinin əlavə sübutlar təqdim etmək üçün vəsatətini nəzərə alaraq, hazırlıq iclasını fevralın 24-nə təxirə salıb".

Qeyd edək ki, Rəfiyev media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.




Bölməyə aid digər xəbərlər