Baş Prokurorluda istintaq qrupu yaradılıb
Tarix: 02-07-2025 10:40 | Bölmə: Xəbərlər
Baş Prokurorluda istintaq qrupu yaradılıb

"Baş Prokurorluda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb".

Bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair Baş Prokururluqda keçirilən mətbuat konfransında qurumun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Rusiyanın əməliyyat-axtarış strukturları ən azı 14 nəfəri saxlayıb və həmin şəxslərdən ikisi istisna olmaqla, 12-si Azərbaycan vətəndaşı olub. Onlardan 7-nə qarşı fiziki zorakılıq tətbiq edilməsi müəyyən olunub.




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub