Kelloq Lukaşenkonun dediklərini təkzib edir
Tarix: 02-07-2025 12:52 | Bölmə: Dünya
Kelloq Lukaşenkonun dediklərini təkzib edir

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun ona “Ukraynanın Rusiyaya zərbələrini məhdudlaşdırmaq üzərində işləyəcəyinə” söz verdiyini desə də, amerikalı siyasətçi Belarus liderinin sözlərini təkzib edib.

Reyting.az
-ın məlumatına görə, K. Kelloq “X” sosial şəbəkəsində yazıb ki, bu sitat kontekstdən çıxarılıb.

“Lukaşenko ilə söhbətimdə biz tam və qeyd-şərtsiz atəşkəsi müzakirə etdik. Kiyevin davranışına hər hansı məhdudiyyət Moskvanın qarşılıqlı hərəkətləri ilə şərtlənirdi. Mən Ukraynanın müharibəni tam atəşkəs olmadan davam etdirməsi ilə bağlı heç vaxt şərh verməmişəm”,- K. Kelloq qeyd edib.

Xatırladaq ki, iyulun 1-də Rusiya və Belarus KİV-ləri Lukaşenkonun Trampın xüsusi nümayəndəsinə Rusiya prezidenti Putinin mümkün atəşkəslə bağlı mövqeyini çatdırması barədə bəyanatını yayıb.

Daha sonra Lukaşenko bildirib ki, Rusiya atəşkəs əleyhinə deyil, lakin Amerika, Britaniya və Fransa raketlərinin onun ərazisinə düşməsini istəmir.

Belarus liderinin sözlərinə görə, Putin Qərb ölkələrindən tələb edir ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə “Rusiyanı vurmamağını” çatdırsınlar. Lukaşenko əlavə edib ki, yalnız bu halda Rusiya atəşkəsə razılaşacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər