Göygöldə təcili tibbi yardım briqadasına hücum olub
Tarix: 02-07-2025 21:11 | Bölmə: Xəbərlər
Göygöldə təcili tibbi yardım briqadasına hücum olub

Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb, avtomobilə zərər vurulub.

Hadisə Göygöl şəhərində Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

Belə ki, çağırışa gedən təcili tibbi yardım briqadası xəstə yaxınları tərəfindən təzyiqə məruz qalıb. Təcili tibbi yardım maşınının pəncərəsi sındırılıb.

İlkin məlumata görə, xəstənin yaxınları təcili tibbi yardım briqadasının gecikdiyini iddia ediblər. Həkim isə çağırışa zamanında gəldiklərini, çağırışdan 6 dəqiqə sonra ünvana çatdıqlarını bildirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub(report).




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub