Nazir iki prorektoru vəzifədən azad edib
Tarix: 06-10-2025 12:16 | Bölmə: Slayd
Nazir iki prorektoru vəzifədən azad edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iki prorektoru vəzifəsindən azad edilib.

Reyting.az
 xəbər verir ki, bu barədə Elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov vəzifədən kənarlaşdırılıblar.

Digər əmrlə, universitetin İT Mərkəzinin direktoru dosent Elviz İsmayılov ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsini müvəqqəti icra edən təyin olunub.




Bölməyə aid digər xəbərlər