17:23 / 26-09-2025
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
17:06 / 26-09-2025
Müğənni Tacir Xatirə İslamdan üzr istəyib
16:45 / 26-09-2025
Uşaq Evindən şikayət edən Məhəmməd illər sonra həbs olunub
16:42 / 26-09-2025
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
16:13 / 26-09-2025
Məşhur aktyorun fimi hitə çevrilib
16:11 / 26-09-2025
Dövlət Su Ehtiyatları Agentliyində qanunsuzluqlar üzə çıxarılıb
16:03 / 26-09-2025
ABŞ Almaniyaya raket satışını təsdiqləyib
15:55 / 26-09-2025
Məleykə Abbaszadə: "Bəzi ödənişli ixtisaslara qəbul olanlar "pulsuz"a keçiriləcək"
15:22 / 26-09-2025
Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkarlanıb
14:57 / 26-09-2025
Sarayevo atəşi - Birinci Dünya müharibəsinin fitili - Fotolar
14:56 / 26-09-2025
Qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
14:40 / 26-09-2025
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
14:37 / 26-09-2025
Keçmiş icra başçısı ifadə verib - “Onun səsini şəxsən mən yazmışdım”
14:36 / 26-09-2025
Məhkəmədə Mübariz İbrahimovun öldürülməsi ilə bağlı sənədlər elan olunub
13:55 / 26-09-2025
Əliyevin çıxışı dünya ictimaiyyətinin Azərbaycana rəğbətini daha da artıracaq - Deputat
13:43 / 26-09-2025
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək
13:29 / 26-09-2025
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
13:08 / 26-09-2025
Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı vahid qərar qəbul edib
12:54 / 26-09-2025
Sabah yağış yağacaq - Proqnoz
12:46 / 26-09-2025
Fuad Rəfiyev müşavir təyin edilib
12:34 / 26-09-2025
Çempionlar Liqası: "Qarabağ"ın oyununa 27 500 bilet satılıb
12:31 / 26-09-2025
Təyyarədə sərnişini lentlə oturacağa bağlayıblar
12:21 / 26-09-2025
Polşa öz vətəndaşlarını Belarusu tərk etməyə çağırır
12:11 / 26-09-2025
Türkiyəli məşhurlar Bakıya gəliblər - Fotolar
11:58 / 26-09-2025
Metropoliten əməkdaşlarının maaş artımı ödənilmir
11:48 / 26-09-2025
Milli Məclisin deputatları müraciət yayıblar
11:29 / 26-09-2025
Ombudsman bəyanat yayıb
11:25 / 26-09-2025
Sülh prosesi: Paşinyan üçün risklər artır
11:14 / 26-09-2025
Kritik informasiya müzakirələri ilə bağlı iclas keçirilib
10:58 / 26-09-2025
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
15:07 / 23-09-2025

00:08 / 23-09-2025

14:20 / 22-09-2025

18:17 / 21-09-2025

22:42 / 21-09-2025

22:51 / 21-09-2025

11:18 / 23-09-2025

07:15 / 23-09-2025

22:15 / 22-09-2025

10:24 / 25-09-2025

Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkarlanıb
Tarix: 26-09-2025 15:22 | Bölmə: Slayd

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparılıb.
Reyting.az xəbər verir ki, bu barədə Hesablama Palatası açıqlama yayıb.
Bildirilib ki, 2025-ci il üzrə İş Planına müvafiq olaraq audit obyekti kimi müəyyən edilmiş Agentlik aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə yaradılıb.
Dövlət büdcəsindən maliyyələşdirilən Agentliyin fəaliyyəti hər biri ayrı-ayrı mühasibat uçotunun subyekti olmaqla Aparat və tabeliyindəki qurumlar, o cümlədən Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi (HSBXM), Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi (LESM), Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi (BMFM), Aqrar Təlim Mərkəzi (ATM), eləcə də "Təchizat Bazası" MMC (anbar) vasitəsi ilə həyata keçirilir.
Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinədək olan müddət əhatə olunmuş, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 111,3 mln. manata, xaricolmalar üzrə 105,0 mln. manata bərabər olub.
Toplanmış sübutlara əsaslanaraq auditin nəticələri əsasən aşağıdakılardan ibarət olub:
- Ölkə üzrə kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi əsasən yerinə yetirilməyib ki, bu da baytarlıq sahəsi üzrə bir sıra xüsusi təhlükəli xəstəliklərin profilaktik peyvəndləmə işlərinin planlaşdırılması və icrasında mütərəqqi təcrübələrə və risk əsaslı yanaşmalara deyil, ümumi naxırda tam sürü prinsipinə üstünlük verilməsini şərtləndirir.
- İdentikləşdirilmə prosesinin lazımi səviyyədə həyata keçirilməməsi və elektron informasiya sisteminin formalaşdırılmaması şəraitində, həmçinin heyvanların hərəkətinin izlənilməsi, profilaktik peyvəndləmə işlərinin ünvanlılığının (həqiqiliyinin) müəyyənləşdirilməsi mümkünsüz olub. Eyni zamanda, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş saylarının hesabatlılıq göstəriciləri Dövlət Statistika Komitəsinin göstəricilərindən əhəmiyyətli (11,0-16,0% intervalında) fərqlənməklə ölkə üzrə uçotun etibarlı olmaması müəyyən edilib.
- Heyvanların identikləşdirilməsi prosesi ilə bağlı strateji hədəflər, illik əməliyyat planları və daxili nəzarəti təmin edən monitorinq reqlamentləri mövcud olmayıb. Mütərəqqi beynəlxalq və regional təcrübələr nəzərə alınmaqla qanunvericilik təşəbbüsləri irəli sürülməyib. Qeyd olunan və digər hallar uzun illər davam edən sahəvi inzibatçılıq modelinin dövlət sektoru kontekstində düzgünlük aspektlərinə cavab vermədiyini göstərib, "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın tədbirlər planı ilə nəzərdə tutulan müvafiq hədəflərə 2025-ci ilin sonunadək nail olunmayacağını demək üçün əsaslar yaranıb.
AXA-nın fəaliyyəti üzrə Strateji İnkişaf Planı, illik Əməliyyat Planları və monitorinq sistemi tətbiq edilməmiş, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi sistemi üzrə fəaliyyət planları və icra məlumatlarında bitkiçilik və heyvandarlıq sahələrində respublikanın regionları üzrə hansı xəstəliklərə qarşı mübarizə aparıldığı, nəticələrinin necə olduğu, xəstəliklərlə bağlı monitorinqlər və nəticələri, aşkar olunmuş xəstəliklər, həmçinin kənd təsərrüfatı yönümlü texnikalar üzrə dövlət texniki nəzarət sahəsində monitorinq göstəriciləri və digər bu kimi mühüm indikatorlar öz əksini tapmayıb.
AXA üzrə "Elektron kənd təsərrüfatı" informasiya sistemində torpaq analizləri və toxumların sertifikatlaşdırma prosesi üçün alt modullar 2024-cü ildə istifadəyə verilib, toxumçuluqda fəaliyyətin səmərəliliyinin artırılması üçün hüquqi aktların təkmilləşdirilməsinə dair layihələr hazırlanıb, eləcə də funksional fəaliyyət çərçivəsində fermerlərin maarifləndirilməsinə diqqət artırılıb, o cümlədən bitkiçilik, bitki mühafizəsi, heyvan sağlamlığı, heyvandarlıq və baytarlıq istiqamətlərinə daha çox önəm verilib.
Hüquqi mandatında və əməliyyat sxemində dəyişikliklərin baş verməməsi şəraitində AXA-nın Aparatı üzrə dövlət büdcəsindən maliyyələşdirilməklə xərclənmiş vəsaitin məbləği 2023-cü ildə 19297,2 min manata bərabər olduğu halda 2024-cü ildə 47,1 faiz azalaraq 10201,1 min manat təşkil edib ki, bu da büdcə vəsaitlərinin daha qənaətli xərclənməsi prinsiplərini rəhbər tutulub. Bu, eyni zamanda, 2023-cü ildə dövlət büdcəsinin vəsaitlərinə olan illik tələbatın düzgün müəyyənləşdirilməməsi, əsasən dərman, sarğı ləvazimatları, peyvəndlər və bitki mühafizəsi vasitələrinin satınalma prosedurları çərçivəsində ehtimal olunan qiymətlərinin yüksək intervallarda hesablanaraq alış müqavilələrinin baha qiymətlərlə rəsmiləşdirilməsi və bəzi hallarda alışların illik tələbatdan artıq həyata keçirildiyindən növbəti illərə keçən anbar qalıqlarının olması və ya akkreditivlərin yaranması kimi hallarla səciyyələnib.
Ehtimal olunan qiymətlərin hesablanması üçün səmərəli (regional coğrafiyadakı istehsalçılar üzərindən) bazar araşdırmaları aparılmadan Kosta-Rika mənşəyinə üstünlük verilərək ticarətçi qeyri-rezident şirkətlə bir dəstinin qiyməti 32,13 manata sənədləşdirilmiş müqavilələr bağlanılıb və ümumilikdə ödənilmiş dəyəri 1669,1 min manata bərabər 51949 dəst feromon (P588) tələlərinin qeyri-optimal qiymətlərlə satınalınmasına yol verilib. İki il ərzində istifadə olunmasına baxmayaraq həmin feromon tələlərinin hal-hazıradək dövlət sınağından keçməsi və dövlət qeydiyyatına alınması təmin edilməyib.
Eyni zamanda, feromon tələlərindən 01.01.2025-ci il tarixinə 35018 dəstinin qalıqda qalması və köhnəlməsi qeyri-rezident şirkətlə bağlanmış müqavilələr üzrə tələbatın düzgün müəyyənləşdirilməməsini və 1,0 mln. manata yaxın büdcə vəsaitinin 2023-cü ildə səmərəsiz xərclənməsini deməyə əsas vermir.
Həmçinin, auditə təqdim edilmiş sənədlər zəif və ya sıx qaydada aşkarlanan zərərvericilərin ölkənin bəzi (şimal və şimal-qərb) regionları üzrə müşahidə olunduğunu, feromon tələlərinin isə risk əsaslı yanaşmalarla deyil, 2024-cü ildə az qala bütün regionlar üzrə asıldığını (müvafiq hallarda, fermer təsərrüfatları üzrə rəsmiləşdirilmədən) göstərib ki, bu da büdcə vəsaitlərindən səmərəsiz istifadəni bir daha təsdiq edir.
AXA-nın səlahiyyətlərinə ümumilikdə 390-dan çox sayda haqqı ödənilməklə həyata keçirilməli olan müxtəlif xidmətlərin aid edilməsi müqabilində yalnız 10-na yaxın sayda olan xidmətlərin rəsmiləşdirilməsindən gəlirlər əldə olunub. Bu isə sifarişçilər və sifarişin predmetləri üzrə hesablanmış və ödənilmiş məbləğlərin uçotu, sifarişlərin elektron müraciət sisteminin formalaşdırılmaması və sifarişçi bazasının müəyyənləşdirilməməsi şəraitində qeyri-büdcə mənbələri üzrə potensial daxilolmaların itirilməsi kimi riskləri səciyyələndirib.
Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin tabeliyindəki 11 dövlət sort-sınaq məntəqələrinin ərazilərinə aid torpaq sahələrindən yalnız 7,8 faizi (37,27 hektarı) əsas funksional fəaliyyət çərçivəsində istifadə olunub ki, bu da maddi-texniki bazanın qanunvericiliklə müəyyən edilmiş əsas vəzifələrin yerinə yetirilməsinə hədəflənməsi səviyyəsinin aşağı olması deməkdir.
Eyni zamanda, toxumların sınaq məqsədlərinə deyil, gəlir əldə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalına cəlb edilmiş müvafiq torpaq sahələrində istehsal prosesinin, o cümlədən çəkilən xərclərin, satışlardan daxilolmaların və borcların uçotu bir qayda olaraq aparılmamış, satışdan vəsaitlər nağd qaydada əldə edilib. Əkini sənədləşdirilmiş həmin torpaq sahələrindən əldə olunmuş məhsulların (əsasən buğda, arpa, pambıq və fındıq) miqdarı bəzi hallarda ölkə üzrə orta məhsuldarlıq göstəricilərinin 40,0 faizlik aşağı hədlərindən (bəzi ərazilərin dəmyə və ya suvarılmayan ərazilər olduğu da nəzərə alınmaqla) belə az miqdarda rəsmiləşdirilməsi, dincə qoyulması və ya yararsız olması barədə məlumatlar təqdim edilmiş torpaq sahələrinin isə faktiki olaraq istehsal prosesinə cəlb edilməsi və bu kimi digər halların mövcudluğu ümumilikdə 175,0 min manata yaxın satış potensialının reallaşdırılmadığını biruzə verib.
Heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39004,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməyib, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən bağlanmış müqavilələrin şərtləri çərçivəsində müvafiq malların (ehtiyatların, o cümlədən baytarlıq preparatları (peyvəndlər), xüsusi geyim dəstləri, dezinfeksiyaedici məhlullar və digər vasitələr qismində 2023-cü il üzrə 17768,8 min manatlıq, 2024-cü il üzrə 10872,8 min manatlıq) baytarlara təqdim edilməsi prosesi elektron qaimə-fakturalarla rəsmiləşdirilməyib, istifadəsiz qalanların qaytarılması müqavilə şərtləri ilə əhatə olunmayıb.
Uzun müddətli kommersiya tərəfdaş olan qeyri-rezidentlə bağlanmış müqavilələrə əsasən ümumilikdə ödənilmiş dəyəri 3302,5 min manata bərabər rəsmiləşdirilməklə dabaq xəstəliyi əleyhinə peyvəndlərin alınmasına və istifadə olunmasına baxmayaraq baytarlıq preparatlarına aid edilən həmin peyvəndlərin hal-hazıradək dövlət qeydiyyatına alınması təmin edilməyib.
Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən bir qayda olaraq zəruri ilkin sənədlərin rəsmiləşdirilməsi aparılmadan, o cümlədən torpaq sahəsinin ünvanı və fermerin rekvizitləri əks etdirilmədən, fermerin sifarişinin şərtlərini tənzimləyən hər hansı təsdiqedici sənəd olmadan, fermerin maliyyə-təsərrüfat əməliyyatına aidiyyəti olmayan yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və s. nümayəndələri qeyd olunan aktlar tərtib edilərək bitki mühafizəsi və fumiqasiya tədbirlərinə sərf olunması qismində ümumilikdə 1526,6 min manat dəyərində sink fosfidin və digər pestisidlərin uçotdan silinməsinə yol verilib. Analoji hallar LESM-i üzrə də baş verib, analizlərin aparılmasına sərf olunması qismində 2023-cü ildə anbardan 362,9 min manat dəyərində reaktivlər məxaric edilib, həmin reaktivlərin 2023-cü ildə silgisinə dair ümumiyyətlə uçot aparılmayıb, 2024-cü ildə isə silgisi ümumi şəkildə rəsmiləşdirilməklə 231,1 min manat dəyərində reaktivlər uçotdan silinib.
Alınmış müvafiq partiya peyvəndlərin anbara 2023-cü ilin dekabr ayının 28-də, 29-da və 2024-cü ilin yanvar ayının 7-də mədaxil edildiyi halda 2024-cü il üçün heyvanlar arasında epizootiya əleyhinə diaqnostik və profilaktik Tədbirlər Planının icra reqlamenti funksional fəaliyyətin düzgün təşkil edilməməsi səbəbindən gecikdirilərək istifadə edilməsinə yol verilib, o cümlədən istifadə müddətinin bitməsinə 1-2 ay qalmış ümumilikdə 2795230 dozanın respublikanın 64 rayonuna çatdırılması sənədləşdirilib. Bu da həmin peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitetin formalaşmasında və nəticə etibarı ilə dövlət vəsaitlərinin səmərəli istifadəsində ciddi risklərin mövcudluğundan xəbər verir.
Tədbirlər Planı ilə nəzərdə tutulan və həmin plana sonradan müvafiq qaydada razılaşdırılmaqla əlavələr edilən xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilib, 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə (zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmənin mümkünlüyü adı ilə) 64545 doza miqdarında peyvəndlər də uçotdan silinib ki, bu da əlavə (HSBXM-nin regional strukturları üzrə ilin sonuna peyvəndlərin qalığı və itki norması nəzərə alınmaqla) xərclərə yol verildiyini deməyə əsas verir.
Baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin və digər aktivlərin daşınması və yerlərə çatdırılmasında istifadə olunan nəqliyyat vasitələri, eləcə də balansdakı kənd təsərrüfatı texnikaları hərəkətin izlənilməsinə imkan verən elektron sistemlə təmin edilməyib ki, bu da zəruri daxili nəzarətin təşkil edilməməsini səciyyələndirir. Bununla yanaşı, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin və müxtəlif diaqnostikumların ölkədaxili tələbatının fasiləsizliyi şəraitində həmin malların daxili istehsalının təşkil edilməsi üçün aidiyyəti təşəbbüslər irəli sürülməyib, biznes layihələrinin müsabiqələrinin formalaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilməyib.
Müvafiq nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi prosesində kifayətedici resurs bazası formalaşdırılmayıb, inzibatçılığın təkmilləşdirilməməsi və daxili nəzarət sisteminin lazımi səviyyədə təşkil edilməməsi dövlət rüsumları və utilizasiya haqqları qismində dövlət büdcəsinin 100,0 min manatlarla ifadə olunan real daxilolmalarının yayındırılmasına əlverişli şəraitin mövcudluğundan xəbər verir.
Uyğun namizədlərin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlərin lazımi səviyyədə həyata keçirilməməsi şəraitində baş mühasib ştatları 3 qurumda vakant qalıb ki, bu da mühasibat uçotu subyektində uçotun formalaşdırılması və mühasibat uçotu sənədlərinin saxlanılması üzrə cavabdehlik məsələlərinin həll edilmədiyini deməyə əsas verir.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək AXA tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində dövlət rüsumu ilə bağlı dəqiqləşdirilmiş hesabatların təqdim edilməsini nəzərə almış, dövlət sort-sınaq məntəqələri üzrə müvafiq məhsulların satışından nağd qaydada əldə olunan daxilolmaların, həmçinin əmək haqqı, ezamiyyə, yanacaq və ehtiyat hissələri üzrə artıq xərclərinin bərpası və s. tədbirlərin görülməsi barədə qərar qəbul edib. Eyni zamanda, aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınıb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:22
Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkarlanıb
Bu gün, 13:55
Əliyevin çıxışı dünya ictimaiyyətinin Azərbaycana rəğbətini daha da artıracaq - Deputat
Bu gün, 11:25
Sülh prosesi: Paşinyan üçün risklər artır
Bu gün, 10:24
BMT Baş Assambleyasını saymırlar - Professor
Bu gün, 09:35
Azərbaycanın 7 vətəndaşını Suriyadan ölkəmizə gətiriblər
Bu gün, 08:27
NASA nüvə silahından istifadə edə bilər
Bu gün, 07:30
Avropalı diplomatlar Moskvaya xəbərdarlıq ediblər
Dünən, 16:46
Ərdoğan Trampla anlaşa biləcəkmi?
Dünən, 13:10
Azərbaycanda terror planlaşdıran şəxsə hökm oxunub
Dünən, 11:16
Bakıda yeni metro stansiyaları tikiləcək
Dünən, 10:24
İmişlidə toyda kütləvi zəhərlənmə olub - (Yenilənib)
Dünən, 07:54
Son 24 saatda Günəşdə ikinci güclü partlayış olub
24-09-2025, 15:09
Diaspor rəhbərinin həbs müddəti uzadılıb
24-09-2025, 14:58
Marsın fəthi planı reallaşır - Foto
24-09-2025, 08:33
“Böyük yeddilər” Rusiyaya qarşı yeni sanksiyaları müzakirə ediblər
24-09-2025, 08:23
İlham Əliyev iki ölkənin prezidenti ilə görüşüb - Foto
23-09-2025, 16:42
Qlobal bazarlarda Azərbaycanın mövqeyi güclənir
23-09-2025, 16:26
İsazadə: Rusiyanın hərbi təxribatları davam edəcək
23-09-2025, 14:06
Cəlaloğlu: Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür
23-09-2025, 12:09
Əsnəmək iflicə səbəb ola bilər
23-09-2025, 11:18
Nüvə müharibəsi riski ən yüksək həddə çatıb - Xəbərdarlıq
23-09-2025, 10:39
Pezeşkian Azərbaycandan gedən nümayəndə heyəti ilə görüşüb
23-09-2025, 10:35
Qubada ayılar kəndə hücum ediblər
23-09-2025, 07:15
Alimlər Ədən cənnətinin yerini müəyyən ediblər
22-09-2025, 14:20
Məmurlar vətəndaşlara sayğısızlıq edir
22-09-2025, 13:23
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
22-09-2025, 12:31
Bakıda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
22-09-2025, 12:07
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
22-09-2025, 12:03
Ticarət müharibəsi Avropa sənayesini risk altında qoyub
22-09-2025, 10:52
Trampın qərarı Rusiya aviaşirkətlərini sanksiyalardan yayındırır
22-09-2025, 10:10
İlham Əliyev forum iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib
20-09-2025, 15:06
SOCAR-ın sabiq vəzifəli şəxsi həbs olunub
20-09-2025, 10:49
Qənimət Zahid Baş Prokurorluğa çağırılıb - Barəsində axtarış elan olunub
19-09-2025, 20:01
Rusiya qırıcıları Estoniyanın hava məkanını pozub
19-09-2025, 16:20
Çin qlobal kosmik sənayedə liderə çevrilir
19-09-2025, 15:37
Azərbaycan 14 fələstinli tələbəni Qəzzadan təxliyə edib - Fotolar
19-09-2025, 15:12
Azərbaycan terrorla mübarizə imkanlarını artırmalıdır - Professor
19-09-2025, 13:58
İnsanların ən uzun və ən qısa ömür sürdüyü ölkələr... - Avropanın hansı ölkəsi öndədir?
19-09-2025, 12:20
Valideynlərini itirmiş uşaqlar birdəfəlik müavinət alacaqlar
19-09-2025, 12:06
Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiqlənib
19-09-2025, 09:57
Azərbaycan-Aİ yüksək səviyyəli işçi qrupu yaradılır