











Tarix: 02-06-2016 14:09 | Bölmə: Xəbərlər
İctimai Televiziyanın xəbərlər departamentinin rəhbəri
Elgün İbrahimov vəzifəsindən azad edilib.
AzNews.az-a daxil məlumata görə, o, vəzifəsindən
dünən çıxarılıb.
Reyting.az xəbər verir ki, Elgün İbrahimov
faktı AzNews.az-a təsdiqləyib. Keçmiş departament rəhbəri dünən
kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb
etdiklərini bildirib: "İyunun
1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən
guya öz xahişimlə işdən azad edilməyim barədə əzirə yazmağımı istədilər. Mən də
yazdım.Şirkətin baş
direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən
yerimə yeni təyinat və təqdimat da ediblər. Üzərimdə olan haqları səbəbindən məsələnin
təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil
Quliyev iş başına dönəndə, bu məsələ ilə bağlı mövqeyini bildirəcək. Hadisə hələ nəzarətdə ikən müvafiq
addımlar atılacaq və İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan
qaldırılacaq”.
Məlumata görə, İTV-nin xəbərlər departamentinin rəhbəri vəzifəsinə
"Yeni gün”ün keçmiş rəhbəri, tanınmış telejurnalist Rauf Rəcəbov gətirilib.
Xatırladaq ki, Elgün İbrahimov sözügedən vəzifəyə
2015-ci ilin aprel ayında təyin edilmişdi. Onun təyinatına qədər isə xəbərlər
departamentinin rəhbəri postu təxminən 1,5 il müddətində boş qalmışdı.
Bölməyə aid digər xəbərlər