12:42 / 23-05-2025
Sabah yağış yağacaq
“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadılıb
Tarix: 23-05-2025 14:13 | Bölmə: Cəmiyyət
“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadılıb

“Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddətinə uzadılıb.

Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, V. Zeynalzadə "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb(APA)




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:42 Sabah yağış yağacaq