12:42 / 23-05-2025
Sabah yağış yağacaq
Türkiyədə mafiyaya qarşı əməliyyat keçirilib - Foto
Tarix: 23-05-2025 13:27 | Bölmə: Xəbərlər
Türkiyədə mafiyaya qarşı əməliyyat keçirilib

Türkiyənin bir neçə şəhərində eyni vaxtda mafiyaya qarşı əməliyyat keçirilib. Antalya, Artvin, Adana və Balıkəsir şəhərlərində də yerləşən 4 ayrı mütəşəkkil cinayət qrupa qarşı əməliyyatlarda 64 nəfər həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında bildirib.

Nazir qeyd edib ki, əməliyyatlar Antalya, Artvin, Adana və Balıkəsirdə keçirilib. Prosesdə fərqli polis qruplarının iştirak etdiyi bildirilir.

Əlavə edilib ki, saxlanılan şəxslər haqqında “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, narkotik və ya stimullaşdırıcı narkotik vasitələrin qanunsuz dövriyyəsi, rəsmi sənədləri saxtalaşdırmaq, rüşvətxorluq, dövlət qurumlarına zərər vuracaq ixtisaslı fırıldaqçılıq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi və cinayət nəticəsində əldə edilən əmlakın yuyulması kimi cinayətlər” üzrə istintaq başladılıb.



Əməliyyatlar zamanı kredit kartları, kompüterlər, telefonlar və rəqəmsal materiallar ələ keçirilib.

Şübhəlilərin hesablarında 1 milyard 785 milyon lirəlik hesab fəaliyyəti aşkar edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
20-05-2025, 08:19 Avropa Trampa heyrətlənib