12:42 / 23-05-2025
Sabah yağış yağacaq
Aİ nümayəndəsi Gürcüstana buraxılmayıb
Tarix: 23-05-2025 12:55 | Bölmə: Xəbərlər
Aİ nümayəndəsi Gürcüstana buraxılmayıb

Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyinin əməkdaşı Saymon Vandenbrouk Gürcüstana buraxılmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Novosti Georgia” yazıb.

Mayın 21-də Vandenbrouk növbəti reyslə Tbilisi hava limanından yola düşdüyü ölkəyə qaytarılıb.

Daxil olmaqdan imtinanın səbəbləri açıqlanmır. Aİ nümayəndəliyi hələlik vəziyyətə münasibət bildirməyib.

Simon Vandenbrouk Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin (EEAS) bir hissəsi olan Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsində işləyir. Onun vəzifələrinə yardım proqramlarının əlaqələndirilməsi, Assosiasiya Sazişinin həyata keçirilməsi və Aİ ilə Gürcüstan arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi daxildir.

Bu hadisə Avropada hakim “Gürcü Arzusu” partiyasını tənqid edənlər arasında kəskin reaksiyaya səbəb olub. Avropa Parlamentinin litvalı deputatı Rasa Jukneviciene deyib ki, Gürcüstan hökumətinin hərəkətləri Aleksandr Lukaşenkonun siyasətinə yaxınlaşır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
20-05-2025, 08:19 Avropa Trampa heyrətlənib