Bakıda yaşlı qadın öldürülüb
Tarix: 26-01-2026 10:10 | Bölmə: Xəbərlər

Bakıda yaşlı qadın öldürülüb

Bakının Sabunçu rayonunda 1959-cu il təvəllüdlü Həyat Ağayeva öldürülüb.

Sabunçu Rayon Prokurorluğundan Reyting.az-a bildiriblər ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E. Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, yanvarın 24-də törədilən qətldə şübhəli bilinən E. Ağayevin H. Ağayevanın oğlu olduğu bildirilir.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub