Men ştatında kütləvi qırğın: rekord sayda insan qətlə yetirilib - Yenilənib
Tarix: 26-10-2023 09:22 | Bölmə: Cəmiyyət
Men ştatında kütləvi qırğın: rekord sayda insan qətlə yetirilib

Amerikada odlu silahla törədilmiş qırğında onlarla insan həyatını itirib.

Reyting.az
xəbər verir ki, Birləşmiş Ştatların Men ştatında baş vermiş qanlı insident barədə Gun Violence Archive (GVA) təşkilatı açıqlama yayıb.

Məlumatda qeyd olunur ki, Mendəki olay qurbanlarının sayına görə 2023-cü ilin rekordu sayılır.

Men ştatının polisi Lyuistone şəhərində odlu silahla kütləvi qırğın törətmiş kişini saxlayıb. Şəhərin üç yerində gülləbaran nəticəsində həlak olanların sayı 22-yə çatıb. Ölənlərin sayının arta biləcəyi deyilir.

***

ABŞ-ın Men ştatının Lyuiston şəhərində qeydə alınan atışma nəticəsində ölənlərlə yanaşı çoxsaylı yaralı var.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, AR-15 yarımavtomat tüfənglə silahlanmış 40 yaşlı Robert Kard restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açıb.

Nəticədə 22 nəfər ölüb, 60 şəxs isə yaralanıb.

Hazırda şəhər xəstəxanasında insan axını müşahidə edilir.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}