Begomot zoopark əməkdaşını parçalayıb
Tarix: 30-07-2024 14:53 | Bölmə: Cəmiyyət
Begomot zoopark əməkdaşını parçalayıb

Hindistanda begemot zooparkın 54 yaşlı əməkdaşını parçalayaraq öldürüb.

Reyting.az
xəbər verir ki, hadisə Rançi şəhərindəki Bhagvan Birsa Bioloji Parkında qeydə alınıb.

Yeni doğulan begomot balasını qidalandırmaq üçün qəfəsə daxil olan zoopark əməkdaşı heyvanın anası tərəfindən hücuma məruz qalıb.

Qeyd edilir ki, Mahto adlı əməkdaş hücum zamanı çoxlu xəsarətlər alıb. “Təəssüf ki, əməkdaşımız aldığı xəsarətlərdən özəl xəstəxanada keçinib”, - zooparkın direktoru Cabbar Sinq bildirib.

Yerli media yazır ki, dəhşətli hadisə zooparkın digər əməkdaşlarını qəzəbləndirib və onlar hakimiyyətə etiraz olaraq parkın əsas qapılarını bağlayıblar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər