17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
Tarix: 23-10-2025 16:52 | Bölmə: Cəmiyyət
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır

Kaliforniyanın startapı "Reflect Orbital" gələn il kosmosa 18x18 metrlik nəhəng güzgü göndərməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu, şirkətin 4000 ədəddən çox günəş əks etdiricisindən ibarət olan qlobal sistem yaratmaq layihəsinin ilkin mərhələsidir.

Mütəxəssislər bildiriblər ki, əsas məqsəd səhər və axşam saatlarında Yerə əlavə günəş işığı yönəltməklə, enerji istehsalını artırmaqdır.

Yeni kosmik layihə 2026-cı ilin aprelində "EARENDIL-1" peykinin sınaq uçuşu ilə başlayacaq. Şirkət gələcəkdə "tələb üzrə günəş işığı" xidməti təqdim etməyi, yəni nəzərdə tutulmuş əraziləri gün batandan sonra ödənişli işıqlandırmağı planlaşdırır.

Lakin layihəyə etiraz edən bir çox alimlər və ekoloqlar xəbərdarlıq ediblər ki, belə güzgülər fəsad yaradacaq, işıq çirklənməsini daha da artıracaq, üstəlik, ekosistemlərə, astronomik müşahidələrə zərər vuracaq.

Astronom Con Berentayn deyib ki, güzgüdən əks olunan işığın effekti Ayın parlaqlığından dörd dəfə güclü olacaq.

Böyük Britaniyanın Kral Astronomiya Cəmiyyətindən Robert Massi isə layihəni "astronomiya üçün fəlakət" adlandırıb.

Amma adıçəkilən şirkət bildirir ki, işıq yalnız kiçik ərazilərə, həm də qısa müddətə yönəldiləcək. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, artıq "LED" texnologiyasından olan bu cür işıqlar səbəbindən gecə səmasının parlaqlığı hər il 10 faiz artır vəcanlıların bioloji ritmlərinə mənfi təsir göstərir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər