Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
Tarix: 23-10-2025 09:29 | Bölmə: Cəmiyyət / Xəbərlər
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib

Daxili İşlər Nazirliyi (DİN) radar qurğusuna çatan zaman sürəti azaldan sürücülərə çağırış edib.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinə istinadla bildirir ki, baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır.

Qeyd olunur ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir. Sükan arxasında verdiyiniz hər qərar təkcə öz taleyinizi deyil, ətrafınızdakıların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar sizə “dayan, düşün, təhlükəsiz get”,- demək üçündür.





Bölməyə aid digər xəbərlər
21-10-2025, 07:48 Ruslar Xarkova hücum edib