Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 27-10-2025 12:36 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq?

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Reyting.az
xəbər verir kiI sabah havanın temperaturu gecə 14-17, gündüz 21-26 isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.




Bölməyə aid digər xəbərlər