15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Nobel mükafatını ən çox hansı ölkənin təmsilçiləri alıb? - Siyahı
Tarix: 27-10-2025 17:26 | Bölmə: Cəmiyyət
Nobel mükafatını ən çox hansı ölkənin təmsilçiləri alıb?

Müxtəlif sahələr üzrə təqdim edilən beynəlxalq Nobel mükafatı əsasən bəşəriyyətin, insanlığın inkişafına töhfə verənləri tanıyan və onları dünyaya tanıdan ən nüfuzlu mükafatlardan biridir. 1901-ci ildən təqdim olunan bu mükafat ədəbiyyat, kimya, tibb və iqtisadiyyat ilə yanaşı digər sahələri də əhatə edir.

Reyting.az
xəbər verir ki, 2025-ci ilə olan yeni məlumatlara əsasən, ABŞ 428 Nobel mükafatı ilə (ümumi sayın 34%-i) açıq fərqlə liderdir. Nobel laureatları arasında Martin Lüter Kinq və yazıçı Ernest Heminquey kimi tanınmış şəxslər də var.

İlk onluqda yer alan ölkələr aşağıdakılardır:

Böyük Britaniya - 145 laureat.

Almaniya - 116 laureat.

Fransa - 79 laureat.

İsveç - 34 laureat.

Yaponiya - 33 laureat.

Rusiya - 30 laureat.

Kanada - 29 laureat.

İsveçrə - 27 laureat.

Avstriya - 25 laureat.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər