15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Sel olacaq - Xəbərdarlıq
Tarix: 27-10-2025 15:19 | Bölmə: Cəmiyyət
Sel olacaq - Xəbərdarlıq

Oktyabrın 29-u axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər