İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
Tarix: 23-10-2025 12:13 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər

Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Reyting.az
Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər