13:41 / 10-01-2025
Sabah yağış yağacaq
Komaya düşən 30 yaşlı Nəzrin Mansurova ilə bağlı araşdırma başlayıb
Tarix: 10-01-2025 12:18 | Bölmə: Cəmiyyət
Komaya düşən 30 yaşlı Nəzrin Mansurova ilə bağlı araşdırma başlayıb

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

Bu barədə AEM-dən bildirilib.

"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb(Report)




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:41 Sabah yağış yağacaq
8-01-2025, 14:30 Zaqatalada körpə ölüb
6-01-2025, 12:44 Sabah yağış yağacaq