12:32 / 13-10-2025
Rəhmon varisini təqdim edib
Xocavənddə odlu silah-sursat satmaq istəyən şəxs saxlanılıb
Tarix: 13-10-2025 12:16 | Bölmə: Cəmiyyət
Xocavənddə odlu silah-sursat satmaq istəyən şəxs saxlanılıb

Xocavənd rayonunun Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun yaşadığı evdən 2 "Kalaşnikov" avtomatı, 1 "İJ" markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.

Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər