Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
Tarix: 15-10-2025 18:10 | Bölmə: Cəmiyyət
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar

Azərbaycanlı və rusiyalı elm adamları Yer mantiyasından gələn mesaj, yəni Zoxov adasından tapılmış daş neftin yaranma sirrini aça biliblər.

Reyting.az
xəbər verir ki, iki ölkə alimlərinin birgə tədqiqatı zamanı Arktikadakı Zoxov adasından nümunə kimi götürülən oliivin süxurlarında yeni, həm də maraqlı bir kəşf edilib.

Yer mantiyasının dərin qatlarından gələn bu mineralların tərkibində keroqen və bitum kimi bərk karbohidrogenlər aşkar olunub ki, bunlar da neftin əsas komponentləri sayılır.

Mütəxəssislər bildiriblər ki, onlar Raman spektroskopiyası, maddələrin molekulyar quruluşunu, kimyəvi tərkibini və bağların vibrasiya vəziyyətini öyrənmək üsulu ilə optik analizlər də aparıblar. Bununla da elm adamlarına məlum olub ki, oliivində qaz qabarcıqları CO₂ və CO qarışıqlarıdır.



Tədqiqatçıların analizləri göstərib ki, bu süxurlar təxminən 737°C temperaturda, həmçinin yüksək təzyiq şəraitində, yəni oksigenin az olduğu mühitdə yaranıb.

Bu elmi nəticələr bir daha sübut edir ki, "abiogen" eyni zamanda tamamilə bioloji mənşəyi olmayan neftdir və Yerin dərinliklərindəki qeyri-üzvi maddələrin sintezidir. Beləliklə, iki ölkə alimlərinin araşdırmaları nəticəsində neftin mənşəyi ilə bağlı qəbul olunmuş fikirlərə yeni elmi baxış yaranıb.

Azərbaycan və rusiyalı alimlərin birlikdə apardığı yeni elmi tədqiqatın nəticələri "Mineralogiya" jurnalında dərc olunub.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq