Xidmət: "Yağışlı hava davam edəcək"
Tarix: 17-10-2025 10:26 | Bölmə: Cəmiyyət
Xidmət: "Yağışlı hava davam edəcək"

Azərbaycanın bəzi yerlərində hazırda leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a bildirilib ki, oktyabrın 17-si saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Astarada 15, Qubada 13, Zaqatalada 11, Şabranda 10, Oğuzda 7, Yardımlı, Lənkəran və Qusarda 5, Lerikdə 4, Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz, Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır.

Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
15-10-2025, 13:04 Sabah yağış yağacaq