Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
Tarix: 15-10-2025 12:15 | Bölmə: Slayd
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər

Narkotik tərkibli həblərin oktyabrın 13-də Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Reyting.az
Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən 980 ədəd narkotik tərkibli Metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, İrandan Azərbaycana dəfələrlə PUA ilə narkotik gətirməyə cəhd edilib.




Bölməyə aid digər xəbərlər