Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
Tarix: 15-10-2025 08:49 | Bölmə: Cəmiyyət
Sümükləri tapılan mamontun 45 min il yaşı var

Qazaxıstanın Akmola vilayətində yetkin mamontun sümükləri aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Qazaxıstan Milli Muzeyi məlumat yayıb.

Alimlər qazıntının yaxınlığında mamontun tam skeletinin ola biləcəyindən şübhələnirlər və növbəti mövsümdə genişmiqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır.

Tapıntı barədə muzeyə kənd təsərrüfatı holdinqinin əməkdaşları məlumat veriblər.

Novobratskoye kəndi yaxınlığında tüklü mamontun alt çənəsi və ayağının bir hissəsi aşkar edilib. İlkin təhlillər qalıqların təxminən 40-45 min bundan əvvəl yaşamış mamonta aid olduğunu ortaya qoyub.




V. QULİYEV




Bölməyə aid digər xəbərlər