Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
Tarix: 14-10-2025 09:00 | Bölmə: Cəmiyyət
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb
Avropada pişikləri ən çox sevən ölkələrin adı açıqlanıb. Avropa Ev Heyvanları Qida Sənayesi Federasiyasının məlumatına görə, Avropadakı hər dörd ev təsərrüfatından birində ən azı bir pişik yaşayır.

Reyting.az
xəbər verir ki, ən çox pişik saxlanılan ölkə Rumıniyadır. Bu ölkədə ailələrin təxminən 48 faizində pişik var.

Polşa 41 faiz, Latviya 37 faizlə pişiksevər ölkələr sırasındadır.

İlk beşliyə Rusiya, Macarıstan da daxildir.

Ötən ilin statistikasına görə, 2024-cü ildə Avropa qitəsindəki ev pişiklərinin ümumi sayı təxminən 129 milyon olub.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər