Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
Tarix: 16-10-2025 16:25 | Bölmə: Cəmiyyət
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb

Füzuli rayonunda avtomobil qəzası olub. Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Reyting.az
-ın məlumatına görə, hadisə Kürdmahmudlu kəndi ərazisində baş verib.

"Mercedes" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Mercedes"də olan Beyləqan rayon sakinləri - 1990-cı il təvəllüdlü Nəcəfov İlqar İbadət oğlu, 1993-cü il təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu, 1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu və 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

TƏBİB-dən bildiriblər ki, oktyabrın 16-da saat 11:30 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 4 kişi Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsayılı travması diaqnozu təyin olunub.

Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma başlanıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:04 Sabah yağış yağacaq