Sabah yağış yağacaq - Proqnoz
Tarix: 16-10-2025 12:38 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 13-16, gündüz 18-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 18-22, dağlarda gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:04 Sabah yağış yağacaq