Balaxanıda sursat aşkarlanıb
Tarix: 16-10-2025 10:32 | Bölmə: Cəmiyyət
Balaxanıda sursat aşkarlanıb

Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində sursat aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib, zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:04 Sabah yağış yağacaq