Sanki bir mələk… - Din xadimi yazır
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
Rusiya və Ukraynanın cəbhədəki itkilərinin nisbəti açıqlanıb
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
Məhkəmə baş redaktorun əleyhinə qərar verib
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Sabah Günəş tutulması olacaq
Tarix: 17-02-2026 15:23 | Bölmə: Dünya

İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş şəxsi katibi və baş müşaviri Aşer Hayon 58 yaşında qəflətən vəfat edib.
Reyting.az-ın məlumatına görə, baş nazirin ofisindən bildiriblər ki, Hayon bu səhər dünyasını dəyişib. Onun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.
“Times of Israel” qəzeti yazır ki, Hayon son illər səhhətindəki problemlərə görə dövlət vəzifəsindən çəkilibmiş. Lakin onun qəfil ölüm xəbəri İsrail siyasi lobbilərində suallar yaradıb.
Hayonun səlahiyyət müddəti ərzində daha çox inzibati və strateji sahələrdə çalışdığı və ictimaiyyətdən uzaq durmağa üstünlük verdiyi bildirilir. Buna baxmayaraq, İsrailin son illərdə ən kritik qərar proseslərində iştirak etdiyi məlumdur.
Netanyahu verdiyi yazılı açıqlamada ölüm xəbərini “dərin sarsıntı və böyük kədər”lə qarşıladığını qeyd edib.
Hayonun 2018-2022-ci illərdə baş nazirlik aparatının direktoru, daha sonra isə özəl katib vəzifələrində çalışdığını bildirən Netanyahu əlavə edib ki, aralarındakı iş əlaqəsi təxminən 20 il əvvələ, maliyyə naziri olduğu dövrə qədər uzanır.
Netanyahu, Hayonun “sağ düşüncəli və güclü humanitar” bir insan olduğunu ifadə edərək, son illərdə rəsmi vəzifədə olmamasına baxmayaraq, əlaqələrinin davam etdiyini bildirib.
Ancaq Hayonun ailəsi təəccüblü bir açıqlama verib. Ölümün şübhəli olduğu bildirilir. Ailəsinin “O, sağlam idi. Heç bir şeyi yox idi. Onu öldürdülər, Netanyahu soyuqqanlılıqla öldürdü”,- dediyi iddia olunur.
Modində yaşayan Hayonun həyat yoldaşı Miti, altı uşağı və bir nəvəsi qalıb. Qəfil ölümün təfərrüatları İsrail ictimaiyyəti üçün maraq doğurur. Rəsmi açıqlamada ölüm səbəbi ilə bağlı dəqiq məlumat verilməsə də, diqqətlər yaxın günlərdə veriləcək açıqlamalara yönəlib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək