NATO Türk Silahlı Qüvvələri ilə bağlı paylaşım edib - Foto
Tarix: 17-02-2026 15:13 | Bölmə: Dünya

NATO Türk Silahlı Qüvvələri ilə bağlı paylaşım edib

“Steadfast Dart” təlimi çərçivəsində yerləşdirilən Türkiyə Silahlı Qüvvələrinin (TSK) 66-cı Mexanikləşdirilmiş Piyada Briqadasıının tibbi birlikləri NATO qüvvələrini hazır və dayanıqlı saxlayır.

Reyting.az xəbər verir ki, NATO Müttəfiq Birgə Qüvvələr Komandanlığı sosial şəbəkədə Türkiyə Silahlı Qüvvələrinin Almaniyada “Staedfast Dart” təlimi çərçivəsində xidmət edən 66-cı Mexanikləşdirilmiş Piyada Briqadası ilə bağlı paylaşım edib.

“NATO-nun ilin ən böyük təlimi olan və Almaniyanın şimalında davam edən “Steadfast Dart 26” təlimində Türkiyə səhiyyə bölməsi həyati və hərtərəfli tibbi dəstək verir. Orduda tibbi dəstək şəxsi heyətin təkcə əməliyyatlar zamanı deyil, həm də təlimlər zamanı sağlamlığı, təhlükəsizliyi və əməliyyat hazırlığının təmin edilməsi baxımından çox vacibdir. Travma, güllə və partlayış xəsarətləri, tənəffüs orqanlarının fövqəladə halları, ağır qanaxma və digər kritik vəziyyətlər üçün xidmətlər göstərir. Bölmə daxilində ixtisaslaşmış kadrlar çətin və yüksək riskli mühitlərdə qabaqcıl tibbi müalicəyə sürətlə başlamaq üçün öyrədilir. Bölmənin tibb heyətinə ambulator müalicəyə ehtiyacı olan 97 hərbi qulluqçuya intensiv qulluq göstərən tibb işçisi, feldşer, 5 döyüş tibb mütəxəssisi və 2 təcili tibbi yardım maşınının sürücüsü daxildir. Bu bölmə həm də 5 nəfərə qədər hərbçinin stasionar müalicəsini həyata keçirən xəstəxana da təmin edir”,- Paylaşımda türk heyətindən fəxrlə bəhs olunur.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər