İki ölkə müalicəsi mümkün olmayan xəstəliyə qarşı dərman hazırlayır
Tarix: 17-02-2026 08:22 | Bölmə: Cəmiyyət

İki ölkə müalicəsi mümkün olmayan xəstəliyə qarşı dərman hazırlayır

Rusiyanın “Pharmasyntez” şirkətlər qrupu və “BioCubaFarma”-nın bir hissəsi olan Kuba Neyrologiya Mərkəzi (CNEURO) Altsheymer xəstəliyinə qarşı dərman hazırlamağa başlayıblar.

Reyting.az xəbər verir ki, bu barədə Rusiyanın Kubadakı Ticarət Nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, Altsheymer xəstəliyinə (demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlik) qarşı dərman hazırlığı çərçivəsində artıq birgə layihəyə start verilib.

“Pharmasintez”in mütəxəssisləri texnologiyanı inkişaf etdirəcək və innovativ “Amylovis-201” preparatının aktiv maddəsini sintez edəcəklər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər