22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Baş həkimin 95 min manatını mənimsəyən şəxs azadlığa buraxılıb
Tarix: 21-06-2025 09:50 | Bölmə: Cəmiyyət
Baş həkimin 95 min manatını mənimsəyən şəxs azadlığa buraxılıb

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Hacıyevin (soyadı şərtidir) barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilib və onun barəsində 3 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilib. Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən mülki iddia üzrə icraata xitam verilib.

İttihama görə, Zaur Hacıyev “32 Beauty dent billur” klinikasının baş həkimi Sənan Məmmədova qarşı 95 min manatlıq dələduzluq edib.

Baş həkim klinikasında əlavə tikinti işi aparmaq, lift quraşdırmaq üçün Zaura 95 min manat verib. Zaur özünü dövlət orqanlarında işləyən şəxs kimi təqdim edib və aldığı pulla əlavə tikinti işi ilə bağlı məsələni Bakı Şəhər İcra Hakimiyyətində həll edəcəyini deyib.

Aldığı maliyyənin qarşılığında heç bir iş görməyən Zaur pulun cəmi 17500 manatını geri qaytarıb. Zaur uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, son zamanlar borcları olduğu üçün Sənan həkimdən aldığı pulu borclarına ödədiyini deyib. O, anasının xərçəng xəstəsi olduğu üçün borclarının yarandığını bildirib.

Sənan həkim pulu tam olaraq ödənildiyi halda şikayətçi olmayacağını deyib. Bu istiqamətdə bir neçə dəfə danışıqlar aparılsa da, müsbət nəticə olmayıb. Həkim zərərin qalan hissəsinin ödənilməsini istəyib(pravda.az).




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq