09:13 / 07-09-2025
Bu gün əlavə imtahandır
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir
Tarix: 21-06-2025 11:04 | Bölmə: Cəmiyyət
Məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir

Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir.

Reyting.az
xəbər verir ki, qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək.

Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.




Bölməyə aid digər xəbərlər