“LC Waikiki”nin anbarındakı geyimlər yanıb
Tarix: 07-07-2025 11:49 | Bölmə: Cəmiyyət
“LC Waikiki”nin anbarındakı geyimlər yanıb

“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.

İlkin məlumata görə hadisə qısapanmadan baş verib.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq